Politoloq: "İslamçıların cümə günü keçirməyə cəhd edəcəkləri aksiyanın qanuniliyi şübhə altındadır”- MÜNASİBƏT
"İslamçıların cümə günü keçirməyə cəhd edəcəkləri aksiyanın qanuniliyi şübhə altındadır". Bu sözləri politoloq Qabil Hüseynli SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, aksiya İslam partiyası tərəfindən həyat keçirləcəksə, sözügedən partiyanın qanuni qeydiyyatdan keçməməsi səbəbi ilə kütləvi tədbirlər keçirmək cəhdi qanuna uyğun deyil. Onun sözlərinə görə, qeydiyyatdan keçməyən bir partiyanın aksiya keçirməyə heç bir səlahiyyəti çatmır.
Bu məsələdə qonşu ölkə İranın təsirinə gəlincə, politoloq söyləyib ki, əlimizdə hər hansı bir fakt olmasa da son zamanlar İran ölkəmizin daxili işlərinə həttindən artıq qarışmağa başlayıb və Azərbaycan dövlətinə ziyan vurmaq üçün müxtəlif addımlar atır.
İranın ölkəmizə qarşı atdığı addımları başqa dövlətin işinə kobud sürətdə müdaxilə kimi qiymətləndirən Q.Hüseynli vurğulayıb ki, Konstitusiyada göstərildiyi kimi din dövlətdən çoxdan ayrılıb, dinin dövlətin işinə qarışma səlahiyyəti qəti yoxdur.
"Din sırf əxlaqi, insan ibadəti nəticəsində ortaya gəlir. Din qarışıqlıq yaratmaq deyil, əksinə milli dövlətçilik ətrafında birləşməyə çağırır. Bu nöqteyi-nəzərdən İranın ayrı -ayrı din xadimlərinin, eyni zamanda dövlətin müxtəlif ideoloji təsir vasitələrininin televiziya və radio səviyyəsində ölkəmizin daxili işlərinə qarışması sözsüz ki, ölkəmiz tərəfindən qəzəblə qarşılanır və bu qəbuledilməzdir",- deyə politoloq əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB