Şəki rayonunda radikal müxalifəti tərk edənlərin kimliyi məlum oldu
Şəki rayonu ərazisindən radikal müxalifətin yaratdığı İctimai Palatada təmsil olunan müxalifət partiyaların sırasını tərk edərək bəyanat verən şəxslərin kimliyinə aydınlıq gəlib. SİA-nın əldə etdiyi məlumata görə, siyahıdakı 8 nəfərdən 1-i Azərbaycan Milli İstiqlal Partiyası, 1-i Müsavat Partiyası, digər 6-sı isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləridir.
Onların adını oxuculara təqdim edirik:
1.Kərimov Əvəz Söhrab oğlu- Baş Göynük kənd sakini, AXCP-nin sabiq üzvü
2.Məmmədov Mehman Məmməd oğlu-Turan qəsəbə sakini, AXCP-nin sabiq üzvü
3.Salamov Qismət Şövkət oğlu-Böyük Dəhnə kənd sakini, Müsavat Partiyasının sabiq üzvü
4. Rəcəbov Kamil Hüseynəli oğlu-Baş Göynük kənd sakini, AXCP-nin sabiq üzvü
5.Səfərəliyev Aydın Kərəm oğlu- Baş Kəldək kənd sakini, AXCP-nin sabiq üzvü
6. Əliyev Abdulla İsfəndiyar- Aşağı Göynük kənd sakini, AXCP-nin sabiq üzvü
7.Hüseynov İsa Əzzəni oğlu-Turan qəsəbə sakini, AMİP-in sabiq üzvü
8. Məmmədov Niymət Məhəmməd oğlu- Cəfərabad kənd sakini, AXCP-nin sabiq üzvü.
Qeyd edək ki, aprelin 2-də radikal müxalifət partiyalarının Bakı şəhərində sabitliyi pozmaq, qarşıdurma yaratmaq, ictimai həyatı iflic vəziyyətə salmaq cəhdləri təkcə ölkə əhalisinin deyil, eləcə də həmin partiyaların üzvlərinin kəskin etirazına səbəb olub.
SİA-nın Bakıda və bölgələrdə apardığı araşdırma nəticəsində müəyyən edilib ki, Müsavat, AXCP, AMİP, KXCP, Ümid, ADP və Xalq partiyasının ümumilikdə 391 nəfər üzvü bəyanat yayaraq təmsil olunduqları partiyaların sıralarını tərk ediblər. Bu partiyaların Goranboy, Ağsu, Ağcabədi, Cəbrayıl, Hacıqabul, Laçın, Saatlı, Sabirabad, Şirvan, Tərtər, Suraxanı rayon təşkilatlarında istefa halları daha kütləvi xarakter daşıyıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB