Ermənistan Ordusu növbəti dəfə atəşkəsi pozub

Ermənistan Ordusu növbəti dəfə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 5-də saat 22.40-dan 22.50-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Bardavan kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərini, saat 23.25-dən 23.35-dək və aprelin 6-da saat 04.20-dən 04.25-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə