"İtaliya Prezidentinin bəyanatı hər birimizin ürəyincə oldu" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri çərçivəsində müxtəlif səviyyəli görüşlər keçirilib, siyasi, iqtisadi, müdafiə, mədəni, turizm, enerji, kosmik və digər sahələr üzrə əməkdaşlıq haqqında müqavilələrin imzalanıb”. Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qarşılanma mərasimi, müzakirə olunan məsələlərin geniş spektri iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olmasının göstəricisidir: “İtaliya dünyanın 7-ci, Avropanın 4-cü iqtisadiyyatına sahib olmaqla “Böyük yeddiliyin” üzvüdür. Özünəməxsus qədim tarixə və mədəniyyətə malikdir. Paytaxtı Roma şəhərində (şairi öz adlarına çıxan bir çox bədxahların etirazlarına baxmayaraq) dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin heykəli qoyulub.

Mətbuat konfransında İtaliya Respublikasının Prezidenti cənab Serjo Mattarelanın 2020-ci ilin İtaliyada “Azərbaycan ili” elan edilməsi ilə bağlı bəyanatı düşünürəm ki, hər birimizin ürəyincə oldu. Bu da faktdır ki, son illər Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən, Cənub Qaz dəhlizinin bir qolu olan TAP layihəsinin icrası ilə bağlı süni şəkildə əngəlliklər yaradılırdı. Aralarında erməni lobbisinin də fəal şəkildə iştirak etdiyi maneələr aradan qaldırıldı və yaxın vaxtlar da tikinti başa çatacaqdır. TAP-n istifadəyə verilməsi isə Azərbaycana iqtisadi dividentlər gətirməklə yanaşı, siyasi nüfuzunu da artıracaqdır. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasətin və beynəlxalq aləmdə şəxsinə olan inamın,hörmətin nəticəsidir. Uğurlar Azərbaycan, uğurlar cənab Prezident!”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə