Danimarkada yaşayan azərbaycanlı alim nüfuzlu mükafata layiq görülüb
Danimarkanın Glostrub xəstəxanasının professoru və Kopenhagen Universitetinin baş elmi işçisi həmyerlimiz Məsud Aşina 2011-ci ilin "Nevrologiya" sahəsi üzrə "Mogens Fog" mükafatına layiq görülüb. SİA-nın xəbərinə görə, professor "Novo Nordisk" fondunun miqrenin öyrənilməsi məqsədi ilə elmi tədqiqatların davam etdirilməsi üçün 2,5 milyon kron qrant alıb.
1965-ci ildə Bakıda anadan olan Məsud Aşina Azərbaycan Tibb Universitetini bitirib, aspiranturada təhsil aldıqdan sonra Danimarkada doktorluq dissertasiyası müdafiə edib. O 150-dən artıq elmi məqalənin və 20-dən artıq elmi kitabın müəllifidir.
Xatırladaq ki, Danimarkada 500 mindən artıq insan miqrendən əziyyət çəkir. Həmyerlimiz Danimarkada uzun müddət apardığı tədqiqatlar nəticəsində miqrenin müalicəsi istiqamətində uğur əldə edib.
Məsud Aşina məşhur "Annals of Neurolog" elmi jurnalına verdiyi müsahibədə bildirib ki, "artıq miqren xəstəliyinin müalicəsi üçün yeni dərmanlar kəşf edilib və bu yaxınlarda onların istehsalına başlanacaq".
Danimarkada fəaliyyət göstərən "Vətən" cəmiyyəti həmyerlimiz Məsud Aşinanı Danimarkada yaşayan azərbaycanlılar adından təbrik edərək ona yeni-yeni nailiyyətlər arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB