Rusiya Qəhrəmanı: “Azərbaycanla Rusiya arasındakı perspektivli əlaqələrin inkişafı üçün ortaq nöqtələr mövcuddur”
"Mənim fikrimcə, Azərbaycan və Rusiya arasında kosmik sahədə mühüm əməkdaşlıq olmalıdır. Ancaq bu əməkdaşlıqla bağlı mənə yox, ölkələrin kosmik agentlərinin menecment üzrə rəhbərlərinə müraciət etmək lazımdır". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Qəhrəmanı, kosmonavt Maksim Viktoroviç Surayev deyib. O bildirib ki, əgər ölkələr həqiqətən birgə işləmək istəyirlərsə, menecerlərin, rəhbərlərin vəzifəsi bu əlaqələri yaratmaqdan ibarətdir. Bu əməkdaşlığın ondan asılı olmadığını deyən kosmonavt vurğulayıb ki, ancaq bu sahədə perspektiv çoxdur. Onun fikrincə, Azərbaycanla Rusiya arasındakı münasibətlər çox yaxşıdır və perspektivli əlaqələrin inkişafı üçün ortaq nöqtələr mövcuddur.
M.V.Surayev nüvə mühərrikli kosmik aparatların tikintisi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, Rusiyada bu istiqamətdə mühüm işlər aparılır. Onun sözlərinə görə, nüvə mühərrikli kosmik aparatların işlənməsi üzərində işlər bugün də davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB