Münhendə panel müzakirəsi zamanı Azərbaycan Prezidentinin Qarabağla bağlı səsləndirdiyi fikirlər, münaqişənin mərhələli şəkildə həlli variantı və erməni baş nazirinin buna səssiz qalması Ermənistanda geniş müzakirələrə səbəb olub. SİA xəbər verir ki, Ermənistanda dərc olunan “Qraparak” qəzeti bu barədə qondarma "Qarabağ respublikası"nın "prezidentliyə" namizədi David İşxanyan ilə söhbət aparıb və Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti arasında keçirilən görüşləri, Qarabağ münaqişəsinə dair məsələləri müzakirə edib.
Müzakirə zamanı David İşxanyana sual verilib ki, Paşinyanın irəli sürdüyü yeni "Münhen" variantı ilə razısınızmı və Azərbaycan Prezidenti İlham Əliyevin məsələnin mərhələli şəkildə həlli təklifinə erməni baş nazirinin səssiz qalması, cavab verməməsi və sükutu razılıq əlamətidirmi? Bu sualdan D.İşxanyan yayınıb və tamamilə başqa istiqamətdə cavab verib və ancaq Dağlıq Qarabağ, barədə, onun Ermənistanla ittifaqı barədə danışıb. Belə olan halda, ona, “niyə Qarabağ Ermənistanla hərbi ittifaq bağlamır?” sualı verilib.
İşxanyan bu ittifaqın olmadığından təəssüfləndiyini gizlətməyib və bu suala cavab verdiyi zaman Münhendə baş nazir Paşinyanın düşdüyü vəziyyətdən, onun mövqeyindən heç də razı qalmadığını dolayısı ilə söyləyib.
“Əgər belə bir razılığımız olsaydı, Münhendəki müzakirələr tamamilə fərqli bir şəkildə olardı. Niyə belə bir nəticə əldə edilmədiyinə gəlincə, yəqin ki, kifayət qədər siyasi iradə yoxdur”, deyə qondarma "Qarabağ respublikası"nın prezidentliyə namizədi David İşxanyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB