Azərbaycanda səfərdə olan rusiyalı kosmonavtın 2013-cü ildə yenidən kosmosa uçuşu planlaşdırılır
"Artıq iki gündür ki, Azərbaycanda səfərdəyəm. Burada keçirdiyim görüşlərdən sonra təəssüratlarım çox yüksək səviyyədədir". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Qəhrəmanı, kosmonavt Maksim Viktoroviç Surayev deyib. O bildirib ki, tələbələrlə keçirilən görüş çox önəmli xatirələrlə yaddaşlarda qalıb. Onun sözlərinə görə, insanların hər birinə maraqlıdır ki, kosmonavtın həyatı necədir, kosmosda necə yatıb, necə dururlar?
"Tələbəlik insan həyatının ən gözəl anlarıdır. Bakı Slavyan Universitetində keçirdiyim görüş də çox maraqlı idi. Düzdür, uşaqların bəziləri bəlkə də ilk dəfə kosmonavt gördükləri üçün çox həyəcanlı idi. Bir çox ölkələrdə səfərdə olarkən qapalı, aqresiv, maraqsız auditoriyalarla qaşılaşmışam. Fərqli auditoriyalarla qarşılaşdığım halda, Azərbaycandakı tələbələr çox diqqətcil və gözəl idi", - deyə o əlavə edib.
2013-cü ildə yenidən kosmosa uçuşu planlaşdırılan M.V.Surayevin ailəsinin onun işinə də münasibət bildirib: "Hələ aviasiya məktəbində oxuyarkən anam mənə deyirdi ki, aşağıdan və asta uç. Amma o başa düşmürdü ki, əksinə daha hündürdən və tez uçmaq daha təhlükəsiz idi. Əlbəttə hər biri kimi mənim də anam istəyir ki, ailəmin yanında olum. Təbii ki, 2 qızım xə xanımım da bundan narahatdırlar. Ancaq onlar öyrəşiblər ki, onların ataları çox vaxt evdə olmur. Onun işi bundan ibarətdir və başqa çıxış yolu da yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB