Ümumavropa Qarabağ mitinqinin keçirilməsi çox əhəmiyyətli addımdır - AÇIQLAMA

"Hesab edirəm ki, Azərbaycan diaspora təşkilatlarının Berlində Ümumavropa Qarabağ mitinqinin keçirilməsi çox əhəmiyyətli addımdır". Bunu SİA-ya açıqlamasında İki sahil qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə deyib.

O bildirib ki, bütün dünyaya haqq səsimizin çatdırılmasında bu cür tərdbirlərin rolu böyükdür. “Diasporumuzun bu tədbiri təşkil etməsi təqdirəlayiqdir. Fikrimcə, bu tədbir indiyə qədər keçirilən tədbirlər içində ən çox diqqəti cəlb edən tədbirlərdən olacaq”.

V.Rəhimzadə qeyd edib ki, bu cür tədbirləri Azərbaycanın bir sıra təşkilatları zaman-zaman keçirib. “Bu təşkilatlar sırasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Eyni zamanda Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində, xüsusilə də Avropada Azərbaycan maraqlarını əsk etdirən tədbirlər davamlı və sistemli şəkildə keçirilir. Ümumavropa Qarabağ mitinqi də bu kimi tədbirlərin davamı olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük təsiri olacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə