Şəmkirin daha 6 kəndinə təbii qaz veriləcək

Şəmkirin daha 6 kəndinə təbii qaz veriləcək

Bu il Şəmkir rayonunun daha 6 kəndinin mavi yanacaqla təmin edilməsi nəzərdə tutulur. Artıq rayonun Çaparlı və Məşədihüseynli kəndlərinə qaz xəttinin çəkilişi həyata keçirilir.

Ötən ilin sonlarından start verilən işlər artıq yekunlaşmaq üzrədir. Şəmkir rayon Qaz İstismarı İdarəsinin baş mühəndisi Məzahir Hüseynovun SİA-nın qərb bürosuna verdiyi məlumata görə, kəndə mavi yanacaq Əliyaqublu qaz paylayıcı stansiyasından götürüləcək: "Artıq bu günə kimi 23 km "F-76" diametrli borularla 23 km xəttin çəkilişi başa çatıb. "F-89" borularından 8 km, 159 plastik borulardan isə 5 km qaz xəttinin çəkilişi reallaşdırılıb. Çaparlıda 2702, Məşədihüseynli kəndlərində isə 260 abonent olmaqla ümumilikdə 630 abonent qazdan istifadə edə biləcək".

Qeyd edək ki, 1995-ci ildən etibarən sözügedən kəndlərə mavi yanacağın verilişi dayandırılıb. Hazırda Şəmkir rayonunun 35 kəndində mavi yanacaqdan istifadə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə