XİN: “Dağlıq Qarabağ ərazisində tikinti üçün Yaponiya hökuməti tərəfindən vəsait ayrılması məsələsi araşdırılacaq”
Azərbaycan Xarici İşlər Naziriliyi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində yaşayış binasının tikintisi üçün Yaponiya hökuməti tərəfindən 760 min dollar vəsait ayrılması məsələsini araşdıracaq. Bu sözləri SİA-ya açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib.
Qeyd edək ki, bir neçə gün öncə separatçı qurumun keçmiş xarici işlər naziri Arman Melikyan mətbuat konfransında çıxış edərək Dağlıq Qarabağın Kasax kəndində keçmiş həbsxananın binasında yaşayan 50 erməni ailəsi üçün yaşayış binasının tikintisi üçün Yaponiya hökuməti tərəfindən 760 min dollar pul ayırlıdığı vurğulayıb.
Məsələyə aydınlıq gətirmək məqsədilə Yaponiyanın Azərbaycandakı səfirliyi ilə əlaqə saxladıq. Diplomatik korpusun rəsmisi məsələ ilə bağlı araşdırma aparılacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB