“Özlərinə jurnalist deyən qadınlar polislə qarşıdurmaya gedirdilər” RƏY-ÖZƏL

"Seçkilər azad və demokratik şəraitdə keçirilib". Bunu SİA-ya açıqlamasında AGAAMC-nin sədri fəlsəfə doktoru, İlqar Orucov deyib.

Onun sözlərinə görə, özünə müxalifət deyən, guya demokratik düşüncələrin daşıyıcıları olan bir qrup insan seçkilər keçirilməmişdən öncə, bu seçkilərlə bağlı mənfi rəylər formalaşdırdılar, seçki günüdə seçkilərdən sonra da günlərdə biz bu münasibəti yenə də görürük: "Təəssüflər olsun ki, ölkədə xaos, qarşıdurma yaratmaq istəyən bir qrup adam seçkilərin nəticələrini bəhanə edərək MSK qarşısında qanunsuz aksiya keçirdilər. Mərkəzi Seçki Komissiyası araşdırmalar nəticəsində üzə çıxan nöqsanlara əsasən, bəzi dairələrin nəticələrini ləğv edib. Bu bir daha onu göstərdi ki, əgər seçkilərdə hər hansı bir şübhəli məqamlar olacaqsa həmin nəticələr mütləq şəkildə ləğv olunacaq. Bir qrup adamın küçələrə çıxıb iğtişaşlar törətməsi başa düşülən deyil. Yəni adları çəkilən bu şəxslər polislə qarşıdurmaya cəhd edirlər, polisdə haqlı olaraq insanları qanunsuz mitinq keçirən şəxsləri ərazidən uzaqlaşdırdı, orda bir zorakılıq hallarına yol verilmədi. Baxmayaraq ki, özlərinə jurnalist deyən xüsusilə qadınlar, təəssüflər olsun ki, polislə qarşıdurmaya gedirdilər. Onlar Azərbaycan qadınına yaraşmayan bir formada münasibət sərgiləyirdilər. Halbuki, Azərbaycan qadının bu cür hərəkət etməsi heç də təqdir olunmur. Bütün bunlara baxmayaraq Azərbaycanın polisi insanlarla nəzakətlə davranırdı, onların bütün qanunsuzluğuna çox təmkinlə cavab verirdi və qarşıdurmaya getmək istəmirdi və axıra qədər də getmədi. Bu cür insanların yaratmaq istədiyi qarşıdurma yolverilməzdir. Əminliklə demək olar ki, seçkilərə qarayaxmaq istən qüvvələri istəkləri heç vaxtı baş tutmayacaqdır. Yəni onların məkrli istəklərinə çatmayacaqlar. Çünki Azərbaycan dövləti güclüdür, dünya dövləti arasında öz uğurlu siyasəti ilə yetərincə hörmək qazanmış bir dövlətdir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə