Ermənistana verilən humanitar yardımların miqdarı 2011-ci ilin yanvar-fevral aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə artıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistan Dövlət Gəlirlər Komitəsi açıqlayıb.
2011-ci ilin ilk 2 ayında humanitar yardım 11 milyon dollar olub. Halbuki keçən ilin eyni dövründə bu göstərici 3,2 milyon dollar idi.
Ermənistana humanitar yardımlarda əsas donor kimi ABŞ çıxış edir. Bu ilin ilk iki ayında qeydə alınan 11 milyon dollarlıq yardımın 8 milyonunu Barak Obama rəhbərliyinin payına düşür. Diqqəti çəkən digər bir məqam isə keçən il ilə müqayisədə ABŞ-ın işğalçı ölkəyə 8 dəfə çox yardım etməsidir. Humanitar yardımların miqdarına görə ikinci donor ölkə İsveçrənin yardımı isə 800 min dollardır. Yardımların əsas hissəsi tibbi avadanlıqlar və dərmanlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB