Elmar Məmmədyarov Avropa Şurasının Azərbaycandakı ofisinin yeni rəhbərini qəbul edib
Nazir Elmar Məmmədyarov Avropa Şurasının (AŞ) Azərbaycandakı ofisinin yeni təyin olunmuş rəhbəri səfir Konstantin Yerokostopolosu qəbul edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, AŞ-nın nümayəndəsini salamlayan Nazir E.Məmmədyarov səfirə yeni fəaliyyətində uğurlar arzulamış və Azərbaycan tərəfinin AŞ-nin Azərbaycandakı ofisi ilə əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu vurğulayıb.
Səfir K. Yerokostopolos Azərbaycanda diplomatik fəaliyyətini həyata keçirməkdən məmnunluq duyduğunu ifadə etmiş və Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın genişləndirməsi üçün çalışacağını qeyd edib.
Nazir E. Məmmədyarov Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar barədə qonağa məlumat verib. Nazir Azərbaycanın işğal olunmuş ərazilərində Sahə Qiymətləndirmə Missiyasının həyata keçirilməsindən sonra ATƏT-in yaranmış mövcud vəziyyətin (status-quo) qəbul edilməz hesab etdiyini bildirib. E. Məmmədyarov Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının və məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmasının ən mühüm məsələ olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB