"Narazılıqların özü artıq demokratiyanın bir göstəricisidir” - MÖVQE

"Bu günün ən aktual məsələsi seçkilərdir və ictimai rəy bu mövzu ətrafında səfərbər olunub, dinc müzakirələr aparılır". Bunu Səs TV-yə müsahibəsində politoloq Nəzakət Məmmədova deyib.

Politoloq eyni zamanda beynəlxalq təşkilatların bu məsələ ilə bağlı öz münasibətlərini bildirdiyini də qeyd edib:
“Əlbəttə, Azərbaycan elə bir ölkədir ki, burada baş verən istənilən proses regiondakı proseslərə, hadisələrə mütləq təsir edir. Çünki biz sıradan bir ölkə deyilik, əhəmiyyətli bir dövlətik. Öz regionumuzda, eləcə də diqqət mərkəzində olan ölkələrdən biriyik. Bu proses həm də ona görə diqqəti çəkəndir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkədə genişmiqyaslı islahatlar prosesini başlatdı və uğurla davam elətdirdi, seçki də həmin islahatların bir hissəsi kimi dövlətimizn siyasi gündəminə gələn məsələ oldu. Seçkilər uğurla keçirildi. Doğrudur, seçki prosesndə bəzi iddialar, narazılıqlar ortaya çıxdı ki, bu da çox təbiidir. Çünki, dünyanın hər yerində seçki mübahisə doğuran bir məsələdir, müxtəlif qrupların, tərəflərin mübarizəsidir və biri qalib olanda digəri də məğlubiyyəti qəbul etmək istəmir. Dünyanın hər yerində seçkilər bir qayda olaraq qalmala çevrilə bilir. O seçkidə ki, qalmaqal olmur, deməli, orada demokratiya yoxdur. Yəni, insanlar öz azad fikirlərini, iddialarını ortaya qoya bilirlərsə bunun özü artıq demokratiyanın bir göstəricisidir”, deyə politoloq bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə