Amerikanın Azərbaycandakı səfri "İrəli” İctimai Birliyinin qonağı olub
Bu gün Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza "İrəli" İctimai Birliyinin mərkəzi qərargahı və birliyin mərkəzi ilə tanış olub. SİA-nın xəbərinə görə, səfir gənclərin fəaliyyəti ilə tanış olub, birlik tərəfindən keçirilən müxtəlif təlimlərin, o cümlədən gənclərə blog barəsində ilkin anlayışları, bloqların yaradılması və inkişafı, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkinin yaradılması məqsədi ilə həyata keçirilən WeBlog layihəsinin gedişatı ilə maraqlanıb.
Eyni zamanda səfir görüş zamanı səfirliyin Facebook səhifəsini işə salıb. O, qeyd edib ki, sosial media vasitələri hər yaşlardan olan insanların fikirlərini bölüşmək və əlaqələr qurmaq üçün önəmli vasitəyə çevrilib: "Səfirliyin Facebook səhifəsinin işə salınması ilə biz cəmiyyətin bütün təbəqələrindən olan azərbaycanlılarla ünsiyyət qurulması üçün yeni vasitə yaradırıq. Azərbaycanda gənclər və bütün yaşlardan olan vətəndaşların öz fikirlərini ifadə etmək üçün misilsiz imkanlara malik olduğu bir vaxtda, səfirlik Azərbaycanda yeni media layihələrinin güclü tərəfdarı olub".
Səfir həmçinin bloqçularla bir sıra məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının dəstəklənməsinə özünün güclü marağı, təhlükəsizlik və enerji məsələləri üzrə davamlı əməkdaşlıq, habelə ABŞ-ın Azərbaycanda iqtisadi və demokratik islahatlara dəstəyini müzakirə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB