Metyu Brayzadan Xankəndində aeroportun açılması məsələsinə məntiqsiz cavab
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Ermənistan tərəfindən işğal altında olan Azərbaycan ərazisi Xankəndində aeroportun açılması və oraya aviareyslərin təşkili barədə suallara cavabında konkret şərh verməyib. SİA-nın xəbərinə görə, səfir Xankəndində aeroport açılması ilə bağlı olan sualları ATƏT-in Minsk qrupuna ünvanlamağı məqbul sayıb: "Mən istənilən şəraitdə mülki təyyarənin vurulmasının qəbuledilməz olduğunu demişəm. Şadam ki, Azərbaycan öz mövqeyinin istiqamətini dəyişib və hüquqlarını Beynəlxalq Mülki Aviasiya Təşkilatında müdafiə etməyə çalışır. Qoy, həmsədrlər bölgəyə gəlib münasibət bildirsinlər, bu daha düzgün olar. Mən onu da deyə bilərəm ki, Azərbaycandan Naxçıvana uçan təyyarələr Ermənistanın hava məkanından gedir və bu məqbul sayılır".
Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına gəlincə səfir Soçi görüşündə əldə olunan razılaşmanın müsbət qarşılayaraq münaqişənin yalnız sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB