Hacıqabul rayonu ərazisində, Kür çayının sahilində bənd bərkitmə işləri həyata keçirilir. SİA-nın Aran bürosuna görülən işlər barədə məlumat verən Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisi Ağarza Mehdiyev bildirib ki, baş verə biləcək daşqınların qarşısını almaq məqsədi ilə yeni bəndlərin tikintisinin davamı olaraq Hacıqabulun Ağacanlı və Mürvənli kəndləri ərazisində mart ayının 15-dən intensiv tədbirlər görülür: "Ərazidə 2,9 km uzunluğunda Kürün mühafizə zolağında bənd tikintisini həyata keçiririk. Bu məqsədlə əraziyə 4 buldozer, 4 yükləyici ekskavator və 15 yük maşını cəlb edilib. Demək olar ki, bəndlərin tikintisində son tamamlanma işləri görülür. Yeni bəndlərin üstdən eni 8 metr, yamacları Kür tərəfdən 2,5 arxa tərəfdən isə 1,5-2 metr arasında olacaq".
"Eyni zamanda Ağacanlı Quşçuluq Fabrikinin su nasosxanasının yanında Kürdə qayalıq olduğundan 2-ci uzunluğu 1,3 km olan qoruyucu bəndin tikintisi də davam edir, çayda ötən ilki kimi artım müşahidə olunsa təhlükə yaşanmayacaq. Çünki yeni bəndlərin hündürliyi ötən il artım həddindən 1 metr yuxarı səviyyədədir", A. Mehdiyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB