Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvləri 2 aprel mitinqinin yekunlarına həsr edilən mətbuat konfransı keçiriblər. SİA-nın xəbərinə görə, sessiyada İP-inin növbəti mitinqinin aprelin 16-da keçirilməsi təyin edilib. Bundan əlavə İctimai Palatanın növbədənkənar sessiyasının aprelin 9-da keçirilməsi məqsədəuyğun hesab olunub.
Eyni zamanda tədbirdə aprelin 2-də keçirilən aksiya və ondan əvvəl saxlanılan şəxslərin Hüquqlarını Müdafiə Komitəsinin yaradılması qərara alınıb. Komitəyə isə Vidadi Mirkamal rəhbərlik edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB