Elman Məmmədov: "Seçki çox yüksək səviyyədə, demokratik və şəffaf keçirildi" ÖZƏL-MÜNASİBƏT
“Əvvəla onu deyim ki, seçkilərdə Yeni Azərbaycan Partiyası çox böyük qələbə qazandı. Yəni, hansı hədəflər nəzərdə tutulmuşdusa, o nəzərdə tutulan hədəflər əldə olundu. Yeni Azərbaycan Partiyası bütün seçkilərdə qalib gəlmişdi, bu seçkilərdə də yüksək nailiyyətlə qalib gəldi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Elman Məmmədov qeyd edib ki, seçkiləri Azərbaycan xalqı keçirdir və qiymətləndirir, xalq seçimini edir, sözünü deyir: “Beynəlxalq qurumların və gələn xarici müşahidəçilərin hansı ki, ədalətli idi, hansı ki, qərəzsiz idi, hansı ki, səmimi idi onlar da düzgün qiymət verdi ki, Azərbaycanda seçkilər yüksək səviyyədə keçirildi və seçkilərdə demokratiya, şəffaflıq, insan hüquqları, seçki qanunları Azərbaycan qanunvericiliyi çərçivəsində tam təmin olundu, heç bir neqativ göstəriciyə də rast gəlinmədi. Bunu gələnlərin əksəriyyəti bu şəkildə dedi, bəyənatlar verdi və televiziyalar vasitəsilə hamı da bunun şahidi oldu. ATƏT kimi biri və başqası isə gəlməmişdən qabaq məsləhətləşib gəlirlər və deyəcəklərini də hazır şəkildə özləri ilə gətirirlər. Yəni, bu, qarayaxmadan, qərəzdən, şər-böhtandan, Azərbaycanın bu yüksək səviyyədə keçirdiyi bu seçkiləri həzm edə bilməməkdən, Azərbaycanın bu nümunəvi hərəkətlərini qəbul edə bilməməkdən, paxıllıqdan irəli gələn şeydir ki, bunlar da sifarişlidir və məqsədlidir. Bu, Azərbaycana qarşı bir təzyiqdir. Biz buna bir növ vərdiş etmişik. Çünki, bilirik bunların qarınlarının ağrısını. Onların Azərbaycana qarşı vaxtaşırı hazırladıqları qarayaxma kampaniyalarını biz bilirik. Ona görə də onların iynəsi tikiş tutmaz. Azərbaycan xalqından o beynəlxalq müşahidəçilər nə qədər soruşdularsa da o qədər cavablarını da aldılar. Azərbaycan xalqı, seçici məntəqələrə gəldi, sözün dedi və layiqli nümayəndələr seçildi. Seçimi Azərbaycan xalqı edir, seçkini keçirən də Azərbaycanın müvafiq qurumlarıdır, Mərkəzi Seçki Kamissiyasıdır, dairələrdir, məntəqələrdir. Mən hesab edirəm ki, bu seçki çox yüksək səviyyədə, demokratik və şəffaf keçirildi”, - deyə millət vəkili E.Məmmədov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB