Müxalifət “Fəvvarələr meydanı”nda aksiya keçirməyə cəhd edib - YENİLƏNİR
Artıq "Fəvvarələr meydanı" yaxınlığında müxalifətə mənsub olduğu bildirilən nümayişçilərinin aksiya keçirmək cəhdləri nəzərə çarpır. SİA-nın hadisə yerində olan əməkdaşının veridyi xəbərə görə, "Fəvvarəlar meydanı" ətrafında bir şəxs tərərfindən müxtəlif şüarlar səsləndirilib. Hazırda hadisə yerində olan polis əməkdaşları nümayişçiləri mühasirəyə alaraq, aksiyanın qarşısını alırlar. Artıq mitinq iştiraçkçılarından 2 nəfər həbs olunub.
***
"Xəqani" Ticarət Mərkəzinin ətrafında bir qrup şəxs müxtəlif şüarlar səsləndirərək "Fəvvarələr meydanı"nda gözə dəyən aksiyaçılara qoşulmaq istəyiblər. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, nümayişçilərin birinci dalğasının qarşısını almaq üçün "Xəqani" Ticarət Mərkəzinin ətrafına çevik polis alayı cəlb olunub. Bu istiqamətdən 50 nəfər şəxs gələrək "Fəvvarələr meydanı"nda birləşmək istəyirdilər. Polislərin səyi nəticəsində dalğanın qarşısı alınıb və 4-5 nəfər tutulub. Onların arasında bir qız da var.
Qeyd edək ki, artıq bu dəqiqələrdə müxalifətçilərin ikinci dalğası da baş verib. 6-7 nəfərdən ibarət olan dəstə "Fəvvarələr Meydanı"na tərəf gəlmək istəyiblər. Onlar şüarlar səsləndəriblər.
***
Hazırda Səməd Vurğun küçəsi-10 ünvanında bir qrup şəxs müxtəlif şüarlar səsləndirirlər. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, 15-20 nəfər şəxs aksiyaya qoşulamağa cəhd edirlər. Hazırda hadisə yerində heç bir polis əməkdaşı yoxdur. Bir qrup gəncin bu ərazidə aksiyalara qoşulmaq istəyi və müxətlif şüarlar səsləndirməsi nəqliyyatın gediş-gəlişinə problem yaradıb.
***
Gənc Tamaşaçılar Teatrının ətrafında da bir qrup aksiyaya qoşulub. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, həmin ərazidə də heç bir polis əməkdaşı gözə dəymir. Bir qrup şəxs bu ərazidə müxtəlif şüarlar səsləndirərək aksiyalar keçirməyə cəhd ediblər. Onların sayı 70 nəfərə yaxındır.
***
Paytaxtda icazəsiz aksiya keçirən müxalifətçilər artıq Rəşid Behbudov küçəsi ilə 28 may istiqamətində hərəkət edirlər. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, artıq aksiya iştirakçılarının sayında dəyişiklik yoxdur. Çevik polis alayının 30 nəfərə yaxın əməkdaşı onların qarşısnı almağa çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB