Türkiyə səfirliyində “Soyqırım Abidəsinin Dastanı” nümayiş olunub

Türkiyə səfirliyində “Soyqırım Abidəsinin Dastanı” nümayiş olunub

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin iqamətgahında İrəvan Dövlət Dram Teatrı tərəfindən "Soyqırım Abidəsinin Dastanı" nümayiş olunub. SİA-nın xəbərinə görə, əsərin əsas hissəsi vətən uğurunda həyatını qurban verən şəxslərə ucaldılan abidənin qarşısında canlanır. Dramatik dastanda tarix boyu ermənilər tərəfindən Azərbaycan və Türkiyə xalqlarına qarşı edilən soyqırımdan bəhs olunur.

 

Reallıqları özündə ehtiva edən dramatik dastanının nümayişi zamanı "erməni soqırımına" toxunulub və qondarma soyqırımın heç bir həqiqətə uyğun olmadığı göstərilib. Əsərin nümayişindən sonra çıxış edən Tükriyənin Azərbaycandakı səfiri Hulusi Kılıç İrəvan Dövlət Dram Teatrının kollektivinə öz dərin minnətdarlığını bildirib. O, qeyd edib ki, bu cür əsərlərin səhnələşdirilməsi çox vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə