“Bütün bunlar seçkilərdə yeniliyin və proqressin göstəricisidir” -VİDEO-FOTO

“Bütün bunlar seçkilərdə yeniliyin və proqressin göstəricisidir” -VİDEO-FOTO

“Burada Rusiya Federasiyasının Dövlət dumasının deputatları və Federasiya Şurasının üzvləri iştirak edirlər”. SİA xəbər verir ki, bunu Rusiyadan olan müşahidəçilər 9 fevral 2020-ci parlament seçkiləri ilə bağlı Pulman oteldə media üçün keçirdikləri mətbuat konfransında bildiriblər.

Qeyd olunub ki, konfransda iştirak edən şəxslər ilk dəfə deyillər ki, Azərbaycanda müşahidəçilik missiyasını həyata keçirirlər. “Ona görə də bizdə əsaslar və deməyə sözlər var ki, seçkilər demokratik və şəffaf keçirilib” deyə qeyd edən müşahidəçilər əlavə ediblər ki, Azərbaycanda keçirilən seçkilər əslində həm də Rusiya üçün də bir örnək kimi qəbul oluna bilər.

Xüsusilə vurğulanıb ki, rəngsiz mürəkkəb və veb-kameraların quraşdırılması buna misal ola bilər. “Bütün bunlar seçkilərdə yeniliyin proqresin göstəricisidir”, Rusiyalı deputatlar bildiriblər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə