Səbail rayonunda yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti genişmiqyaslı iməcilik rayonun idarə və təşkilatları, təsərrüfat xidmətləri, təhsil müəssisələrinin kollektivlərinin çoxsaylı nümayəndələrinin - ümumilikdə 1500 nəfərin iştirakı ilə rayon İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarətdə saxlanılan – sürüşməyə meylli Bayıl yamacında keçirilib.
SİA-nın xəbərinə görə, iməcilik ərəfəsində böyük hazırlıq işləri görülmüş, yamacda iştirakçıların yerləri müəyyənləşdirilmiş, lazımi miqdarda ləvazimat toplanılmış, ağacların suvarılması üçün yeni xətt çəkilmiş və su maşınları cəlb olunub. Ən əsası isə kəskin maili və küləkli bir yamacda əkilmək üçün eldar şamı, zeytun və digər ağaclar alınıb. İməcilik zamanı iştirakçılar tərəfindən 5000 ədəd ağac əkilmiş, əlavə olaraq əvvəl əkilmiş 2500 ağaca qulluq göstərilmiş, ağacların suvarma məsələlərinə xüsusi fikir verilib.
Tədbirdə Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji, İqtisad və "Qərb" Universitetlərinin, Dənizçilik Akademiyasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, rayonun təsərrüfat xidmətlərinin və orta təhsil müəssisələrinin kollektivləri xüsusi ilə fərqləniblər.
Bayıl yamacı ilə yanaşı paytaxtımızdan cənub-qərb istiqamətində əsas çıxışda olan Qurban Abbasov və Mikayıl Useynov küçələrindəki ərazidə təmizlik-abadlıq işləri aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB