“Bu seçkilər demokratik cəmiyyətin möhkəmləndirilməsi yolunda atılan daha bir addımdır” Aleksandr Başkin

“Bu seçkilər demokratik cəmiyyətin möhkəmləndirilməsi yolunda atılan daha bir addımdır” Aleksandr Başkin

“Rusiya Azərbaycanla səmimi qonşuluq münasibətlərinin qurulmasında maraqlıdır”. SİA xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” saytına müsahibəsində Rusiyanın Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin sədri Aleksandr Başkin deyib.

“Bizdə azərbaycanlı parlamentarilərlə, deputatlarla əməkdaşlıq məsələsində müsbət təcrübələr var”, deyən rusiyalı dövlət rəsmisi əlavə edib ki, bu cür qarşılıqlı əlaqələr üçün meydanlar və kanallar kifayət qədərdir: “Bu həm əməkdaşlıq üzrə parlamentlərarası qruplar, Rusiya və Azərbaycan komissiyası və s. müxtəlif assosiasiyalar və birliklərdir. Biz MDB, MDB Beynəlxalq Parlament Assambleyası, AŞPA meydanlarında əməkdaşlıq edirik”.

Rusiyalı senator: "Azərbaycanın nümayəndə heyəti səlahiyyətlərin uzadılması məsələsində bütünlüklə Rusiya nümayəndə heyətini dəstəkləyib"

“Biz AŞPA-da guya Azərbaycanda olan siyasi məhbus məsələsinin araşdırılması qətnaməni çox diqqətlə izləyirdik”, deyən Başkin bildirib ki, onlar həmin qətnaməni dəstəkləməyiblər: “Biz bu qətnaməni dəstəkləmədik. Hesab etdik ki, bu, Azərbaycanın daxili işlərinə qarışmaq və neqativlik üzərində qurulmuş tendensioz olaydır. Azərbaycanın nümayəndə heyəti səlahiyyətlərin uzadılması məsələsində bütünlüklə Rusiya nümayəndə heyətini dəstəkləyib. Azərbaycandan olan həmkarlarımız bizə dəstək əli uzatdılar. Biz onlarla komissiyalarda və plenar iclaslarda işləyirik, bu və ya digər xarici siyasət məsələlərində baxışlarımızı tənzimləyirik, hansı ki, onların çoxunda ümumi anlaşmalarımız olur”.

"Mən Azərbaycandakı pozitiv, müsbət proseslərə baxmalı, onları dəyərləndirməliyəm"

Bununla yanaşı, o vurğulayıb ki, Azərbaycan elə bir ölkədir ki, ona etibar etmək olar: “O, bizim mehriban qonşumuzdur. Mən bunu rusiyalı senator kimi deyirəm və Azərbaycanla ənənəvi, tarixi bağlılığı olan regionun təmsilçisi – astraxanlı kimi deyirəm. Bizdə çox sıx regionlararası əlaqələr var, kifayət qədər intensiv iqtisadi, sosial və mədəni münasibətlər formalaşıb. Ona görə də, mən Azərbaycandakı pozitiv, müsbət proseslərə baxmalı, onları dəyərləndirməliyəm. Ümid edirik ki, bu gün keçirilən parlament seçkiləri Azərbaycanda demokratik cəmiyyətin möhkəmləndirilməsi yolunda atılan daha bir addımdır”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə