Artıq üçüncü gündür ki, eyni saatda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evi qarşısında gənclərin etiraz aksiyası keçirilir. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, "Əli Kərimliyə ar olsun", "Azərbaycan gənclərini parçalayanlara ar olsun", "Sənin kim olduğunu Azərbaycan gənci bilir" kimi şüarlar səsləndirən gənclər son zamanlar ərəb ölkələrində baş verənlərin Azərbaycana süni şəkildə gətirilməsinin qəti əleyhinə olduqlarını, ölkəmizin gün-gündən inkişaf etdiyini və bunun bəzi dövlətləri, o cümlədən onların beynəlxalq təşkilatları razı salmadığından öz içimizdəki düşmən qüvvələrin əli ilə təxribatlar törədilməsinin mümkünsüz olduğunu bildiriblər.
Etiraz edənlər Azərbaycan gəncliyinin ictimai-siyasi sabitliyin tərəfdarı olduğunu qeyd ediblər.
Onu da qeyd edək ki, bu, artıq gənclərin AXCP sədrinin evi qarşısında təşkil etdiyi sayca üçüncü aksiyadır. Piket icazəsiz olduğundan polislər tərəfindən dağıdılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB