"Seçki prosedurlarına tam əməl edilir" Böyük Britaniya parlamentinin üzvü - VİDEO

"Seçki prosedurlarına tam əməl edilir" Böyük Britaniya parlamentinin üzvü - VİDEO

"Mən artıq 7-ci dəfədir ki, Azərbaycanda oluram. Amma ilk dəfədir ki, seçkilərdə bağlı burdayam. Müntəzəm olaraq Azərbaycana səfərlərim, nazirlərlə, müxtəlif maraqlı tərəflərlə görüşlərim olub. Xüsusilə BP Böyük Britaniyanın şirkəti olduğuna görə onlar vasitəsilə burada bir sıra görüşlərim olur". Bunu SİA-ya açıqlamasında Böyük Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlament Qrupunun sədri Bob Bləkmən (Bob Blackman) deyib.

B.Bləkmən qeyd edib ki, bütövlükdə seçkilərlə bağlı prosesin kifayət qədər normal və şəffaf keçdiyi qənaətindəyəm: "Prosedurlara əməl edilir və insanlar səsvermək üçün üzərində fotoşəkilləri olan şəxsiyyət vəsiqəsi təqdim etməli olurlar. Bundan başqa bir şəxsin bir dəfədən çox səsverməsinin qarşısını almaq üçün barmaqlarının mürəkkəblənməsi prosesi həyata keçirilir. Ümumilikdə seçkilər normal davam edir və indiyədək biz 7 məntəqədə olmuşuq. Təbii ki, müəyyən cüzi hansısa bir uğursuzluqlar və s. olur amma ümumilikdə prosesin kifayət qədər normal keçdiyi qənaətindəyik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə