VHP müşahidəçisi: “Seçkilər azad, demokratik, xalqın iradəsi əsasında keçirilir”

VHP müşahidəçisi: “Seçkilər azad, demokratik, xalqın iradəsi əsasında keçirilir”

“Seçkilərə hazırlıq əvəlcədən yaxşı təşkil olunmuşdu. Bunun müsbət nəticələridir ki, insanlar seçki günü məntəqələrə gələrək əvvəlcədən müəyyənləşdirdikləri namizədə səs verirlər”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 15 saylı seçki məntəqəsində Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) müşahidəçisi Emin Quliyev deyib.

VHP-çi müşahidəçi seçki məntəqəsində xarici müşahidəçilər də olub. Onlar seçkinin təşkilindən razılıqlarını bildiriblər.

“Biz də öz növbəmizdə deyə bilərik ki, seçkilər azad və demokratik, xalqın iradəsi əsasında keçirilir”, deyə müxalifət partiyasını təmsil edən müşahidəçi vurğulayıb.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə