Fevralın 9-da saat 8.00-dan etibarən 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi üzrə Pirallahı rayonunda olan 10 daimi seçki məntəqəsinə səsvermə başlayan andan vətəndaş axını davam edir. SİA-ya daxil olan xəbərə görə, səs verənlərin fəallığı ilə bağlı məntəqələrdə seçki posesini müşahidə edən Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov məlumat verib.
Qeyd edib ki, insanlar seçkidə fəal iştirak edir: "Səhər saat 8:00-dan başlayaraq məntəqələrdə qeydiyyatda olan seçicilər öz namizədlərinə səs verirlər. Bütün məntəqələrdə seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb. Məntəqələrdə səsvermənin bütün prosedurlarına tam riayət olunur. Səsvermənin şəffaf keçirilməsi və seçicilərin rahat, maneəsiz seçki məntəqələrinə gəlib səs vermələri üçün hər cür şərait yaradılıb".
Rövşən RƏSULOV
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB