“İndiyə qədər heç bir problem baş verməyib, hər şey əladır" MUHARREM AKKAYA
Azərbaycandakı seçkilər yüksək səviyyədə təşkil olunub, problemlər yaşanmır”. SİA xəbər verir ki, bu barədə Türkiyənin aa.com.tr informasiya agentliyinin rus dilində yayımlanan səhifəsində bildirilir və qeyd olunur ki, həmin sözləri Türkiyənin Ali Seçki Komissiyasının sədri Muharrem Akkaya jurnalistlərlə söhbətində bildirib.
“Hazırkı vaxta qədər heç bir problem baş verməyib, hər şey əla gedir. Ümid edirik ki, seçkilər Azərbaycan xalqının xeyrinə və demokratik prinsiplərə müvafiq şəkildə keçəcək”, Akkaya bildirib.
Məlumatda xatırladılır ki, seçkilərin keçirilməsi ilə bağlı qərar 2019-cu ilin 5 dekabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamından sonra qüvvəyə minib. Hazırda seçkiləri yerli müşahidəçilərlə yanaşı, ATƏT PA, MDB, AŞPA, ATƏT, Şanxay əməkdaşlıq təşkilatı və Türkdilli ölkələrin əməkdaşlığı təşkilatlarını təmsil edən xarici müşahidəçilər də izləyirlər.
Link:
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB