Takvim yazır: “299-u qadın olmaqla, 1314 namizəd rəqabət aparır” FOTO + VİDEO
“Azərbaycanda millət vəkili seçimi üçün səsvermə prosesi səhər saat 08:00-da başlayıb”. SİA xəbər verir ki, bunu Türkiyənin “Takvim” qəzetinin elektron versiyası yazır. Məlumatda bildirilir ki, azərbaycanlılar Milli Məclis üzvlərini seçmək üçün 6-cı dəfədir ki, seçki qutusuna doğru gedirlər.
“Təxminən 5 milyon 387 min seçicinin olduğu ölkədə 125 kürsülük məclis üçün 299-u qadın olmaqla, 1314 namizəd rəqabət aparır”, yazan türk mediası əlavə edir ki, seçkiləri təxminən 77700 nəfər yerli və 880 xarici müşahidəçilər izləyir.
"Takvim" seçki ilə bağlı videomaterial da təqdim edib. Aşağıdakı linkə tıklamaqla videonu izləyə bilərsiniz.
https://www.takvim.com.tr/video/dunya-videolari/azerbaycan-sandik-basina-gidiyor
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB