"Kommersant": "Bu seçkilər Rusiyada keçirilən seçkilərdən fərqlidir"

"Kommersant": "Bu seçkilər Rusiyada keçirilən seçkilərdən fərqlidir"

"9 fevral parlament seçkilərini izləmək üçün bir neçə məntəqədə olmuşam, deyə bilərəm ki, ümumilikdə seçkilər normal, demokratik şəraitdə keçirilir. Bu seçkilər Rusiyada keçirilən seçkilərdən fərqlidir”. Sözügedən fikirləri SİA-ya 22 saylı Nəsimi ikinci seçki dairəsinin 27 saylı məntəqəsində seçki prosesini izləmiş "Kommersant" qəzetinin müxbiri Krill Krlboşyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda seçkilər günü namizədlərin şəkilləri və platforması məntəqələrdən yığışdırıldığı halda Rusiyada seçkilər günü sona qədər dairə və məntəqə seçki ərazilərində yerləşdirilmiş qalır.

Rusiyalı jurnalist bildirib ki, məntəqələrdə seçki prosesini yaxından izləmək üçün müşahidəçilərə hər cür şəraitin yaradılması və məntəqələrdə veb-kameralar quraşdırılması seçkilərin azad və demokratik şəraitdə keçirilməsi üçün ortaya qoyulan iradənin nəticəsidir.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə