Strateji Texniki-İqtisadiyyat Tədqiqatlar Mərkəzinin(Türkiyə) rəhbəri Ünvər Çəkəmoğlu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olub və direktor müavini Gülşən Paşayeva ilə görüşüb. SAM-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Gülşən Paşayeva qonaqlara Mərkəzin fəaliyyəti – nəşr edilən elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verib.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilərək, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə iki ölkənin "beyin mərkəzləri" arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin zərurəti qeyd edilib.
Görüş zamanı, həmçinin regional və beynəlxalq məsələlər və bir sıra qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB