Çavuşoğlu: "İlham Əliyevin əlindən "Dostluq" ordeni almaqdan qürur duydum" - FOTO

Çavuşoğlu: "İlham Əliyevin əlindən "Dostluq" ordeni almaqdan qürur duydum" - FOTO

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, nazir bundan qürur duyduğunu bildirib.

"Hörmətli Prezident İlham Əliyevin əlindən "Dostluq" ordeni almaqdan şərəf və sevinc duydum", - deyə vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı naziri Azərbaycanın "Dostluq" ordeni ilə təltif edib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə