"Avropa Şurasında ikili yanaşma var. Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq, dialoq yalnız ölkəmizə deyil, hər iki tərəfə lazımdır. İkili yanaşma var". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Avropa Şurası ilə Azərbaycan arasında bu istiqamətdə illərdir əməkdaşlıq alınmır: "Avropa Şurasının birtərəfli qərarları da olur. Halbuki başqa dövlətlərdə də daxili problemlər var, lakin onlara heç baxılmır. Amma ikinci istiqaməti də götürsək, görərik ki, Qarabağla bağlı Avropa Şurasının çox ədalətli qətnamələri var. Sadəcə, həmin qətnamələr kağız üzərində qalıb, yerinə yetirilmir. Tənqid var, ancaq mən hesab edirəm ki, biz dialoqdan qorxmayacağıq. Çünki biz 2000-ci illərin əvvəllərində təşkilata üzv olmuşuq və bizim müəyyən hədəflərimiz var. Biz oranı tərk etsək, Ermənistan Azərbaycana qarşı təbliğatını Avropa Şurası məkanı üzərindən daha da gücləndirəcək. Fikrimcə, təşkilat çərçivəsində mübarizəmizi gücləndirməliyik. Digər Avropa təşkilatları ilə də əməkdaşlığımız var, inteqrasiya mövcuddur. Bu, Azərbaycan üçün də, Avropanın özü üçün də faydalıdır. Amma əlbəttə ki, tənqidlərimiz varsa, onları açıq sürətdə deməliyik. Avropa Şurasında bu cür gərginliklər yaşamağımız birinci dəfə deyil. Zaman-zaman belə hallar olub, daha sonra dialoq da davam edib. Bu dialoqdan isə hər iki tərəf faydalanıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB