Suriya Ordusu İdlib əyalətinin şərqi və Hələb əyalətinin cənub-qərbində apardığı əməliyyatlar fonunda daha 8 kəndi radikal terror qruplaşmalarından geri alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ordu ötən gecə Suraqibin şimalında Hələb-Dəməşq yolu üzərində yerləşən daha 8 kəndi "ən-Nusra" və onun tabeçiliyində olan qruplaşmalardan azad edib. Bundan öncə Suriya Ordusu İdlibin Surqib şəhərini azad edə bilmişdi.
Qeyd edək ki, eyni zamanda Türkiyə Ordusu bölgəyə əlavə hərbi qüvvələr göndərib. Bu qüvvələr, silahlı müxalifətin qruplaşmalarının əsas sığınacağı olan İdlib şəhəri ilə Suriya Ordusunun olduğu bölgələrin arasında yerləşdirilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB