Yəməndə məscidlər bağlanıb

Yəməndə yüzminlərlə insan prezident Əli Abdullah Salehə istefa tələbi ilə yenə küçələrə çıxıb. SİA-nın xəbərinə görə, ölkənin dörd tərəfindən paytaxt Sənaya axın edən nümayişçilər Salehin 32 illik iqtidarına son qoyulmasını tələb edilblər.

Paytaxtdakı bəzi məscidlər imamların və xalqın etiraz aksiyalarına qatılması səbəbilə bağlanıb.

Nümayişlərə dəstək verən əsgərlər şəhər meydanında nəzarət nöqtələri yaradaraq prezident Salehin tərəfdarlarının aksiyada iştirak etməsinə mane olur.

Müxalifət Saleh istefa verənədək aksiyaların davam edəcəyini bəyan edib. Paralel olaraq Saleh tərəfdarlarının da mitinq keçirdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə