Prezident İlham Əliyevin sərəncamı ilə Bülbülə və Keşlə qəsəbələrində yeni məktəb binalarının tikintisinə vəsait ayrılıb

Prezident İlham Əliyevin sərəncamı ilə Bülbülə və Keşlə qəsəbələrində yeni məktəb binalarının tikintisinə vəsait ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsində və Nizami rayonunun Keşlə qəsəbəsində yeni ümumtəhsil məktəbi binalarının tikintisi ilə bağlı tədbirlər haqqında iki sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncamlarda qeyd olunur ki, Bakı şəhərinin Suraxanı rayon İcra Hakimiyyətinə Bülbülə qəsəbəsində 640 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün və Nizami rayon İcra Hakimiyyətinə Keşlə qəsəbəsində 640 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan hər birinə 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə