Azərbaycan dünyanın ən güclüləri siyahısında STATİSTİKA

Azərbaycan dünyanın ən güclüləri siyahısında STATİSTİKA

Azərbaycan dünyanın ən güclü hərbi qüvvələrinə sahib ölkələrin siyahısına düşüb. SİA xəbər verir ki, bu reytinq cədvəli "Global Fire Power" tərəfindən hazırlayıb.

2020-ci il üzrə hazırlanan reytinq cədvəlində səkkiz göstərici (işçi gücü, hava qüvvələri, quru qüvvələri, dəniz qüvvələri, təbii sərvətlər, logistika, maliyyə, coğrafiya) əsas götürülüb. Reytinq cədvəlində Azərbaycan 64-cü yerdə qərar tutub. Belə ki, siyahıya cəmi 138 ölkə adı daxil edilib. Azərbaycan reytinq səviyyəsinə görə sabit və hərbi gücünə görə isə yaxşı ("perfect") dəyərləndirilib.

Belə ki, ilk 10-luğu, ABŞ, Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Fransa, Böyük Britaniya, Misir və Braziliya təşkil edib. Bu ölkələrdən yalnız Fransanın hərbi gücü ötən ilin reytinqinə görə aşağı düşüb. Britaniyada reytinq sabit qalıb, digər ölkələrdə isə yüksəlib.

Türkiyə siyahıda 11-ci yerdə qərar tutub. Onun reytinqi ötən ilin göstəricilərinə görə sabit qalıb.

Cədvəldə Azərbaycandan sonra 77-ci yerdə Türkmənistan, 89-cu yerdə Gürcüstan (reytinq səviyyəsi ötən ilə nəzərən aşağı düşüb), 99-cu yerdə Tacikistan (reytinq səviyyəsi sabitdir), 111-ci yerdə isə Ermənistan (reytinq səviyyəsi ötən ilə nisbətən aşağı düşüb) qərar tutub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə