"Artıq beynəlxalq təşkilatlara inam azalır" - AÇIQLAMA

"Artıq beynəlxalq təşkilatlara inam azalır" - AÇIQLAMA

"Ümumiyyətlə, Ermənistanın dövlət siyasəti terrorçuluğa söykənir. ASALA terror təşkilatını özləri üçün fəaliyyət prinsipi seçiblər". Bunu SİA-ya açıqlamasında "İki Sahil" qəzetinin Baş redaktoru, politoloq Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə bildirib ki, Ermənistan iqtidarı bütün dönəmlərdə demək olar ki, yalnız və yalnız terror siyasətini daim önə çəkib: “Dünyanı və cəmiyyəti təhdid edən əməllərlə məşğul olublar. Təbii ki, Azərbaycanın ərazisini işğalda saxlamaqla beynəlxalq qanunların pozulması cinayətdir. Təəsüf ki, bir çox beynəlxalq təşkilatlar bu məsələlərə hələ də göz yumaraq ermənilərə havadarlıq edirlər. Bunun bir çox səbəbləri var ki, onlardan da ən əsası erməni lobbisi, erməniləri dəstəkləyən bir çox beynəlxalq təşkilatlarda olan insanlar, qruplar və onların maliyyə dəstəyi ilə hərəkət edən şəxslərdir. Təbii ki, həmin qurumlar və şəxslər bu proseslərə biganə yanaşır və ədalətli mövqe nümayiş etdirmirlər. Bu da dünyada və regionda mövcud olan sülhə təhdiddir”.

Politoloq qeyd edib ki, təkcə Azərbaycan üçün deyil, bəzi ölkələr üçün də beynəlxalq təşkilatların siyasəti təziq vasitəsi kimi alət rolunu oynayır və bu heç cür qəbul olunan deyil. “Hər bir xalqın, hər bir dövlətin özünün müstəqil siyasəti olmalıdır və bu müstəqil siyasət çərçivəsində öz işlərini qurmalı, öz daxili və xarici siyasətini formalaşdırmalıdır. Lakin təəssüf ki, bəzən həmin beynəlxalq təşkilatlar cinayətkar Ermənistan dövlətinin terror törətməsinə, işğalçılıq siyasətinə, cinayətkar əməllərinə göz yumurlar. Bu da öz növbəsində artıq dünyanın nizam tərəzisinin, sülhün pozulması və ədalət prinsiplərinin, birmənalı şəkildə dünyanın beynəlxalq hüquq-norma prinsiplərinin pozulmasına gətirib çıxarır”.

V.Rəhimzadə hesab edib ki, belə olan halda artıq beynəlxalq təşkilatlara inam azalır və bu çərçivədə proseslər artıq gedir: “Bir çox ölkələrin Ermənistanın cinayətkar əməllərinə müşahidəçi qismində baxması, onların nə qədər ədalətsiz mövqedən çıxış etdiyi, bir qrup cinayətkar şəxsin əlində alət rolunu oynaması hər kəsə məlumdur. Bütün bunlarla bağlı həmin təşkilatlar nəticə çıxarmalı, öz mövqelərində və işlərində dönüş yaratmalıdırlar. Dünya dövlətləri artıq belə təşkilatların varlığını hiss etmədiyi üçün onlardan qeyd-şərtsiz imtina etməlidirlər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə