"Bu ittihamlar əsassızdır" AÇIQLAMA

"Bu ittihamlar əsassızdır" AÇIQLAMA

Avropa Şurası və ATƏT-in Azərbaycanla bağlı neqativ çıxışlarını nəyəsə əsaslandırmaq olmur. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Qabil Hüseynli deyib.

O bildirib ki, bu təşkilatlar Azərbaycanı müxtlif siyasi pozuntularda, o cümlədən siyasi məhbuslar məsələsində ittiham edirlər, lakin bunlar əsassızdır: "Azərbaycan demək olar ki, siyasi məhbuslar probleminə tamamilə həll yetirdi. Təbii ki, bəzi siyasi məhbuslar var onlar hələ də həbsdədirlər. Lakin təbii ki, bu siyasi məhbusluq müəyyən əməllərə görədir ki, buna görə də məsuliyyətə cəlb ediliblər. Sırf bu cəhətdən Avropa Şurası və ATƏT-in bu kimi çıxışlarını nəyəsə əsaslandırmaq olmur".

Q.Hüseynli vurğulayıb ki, istənilən halda bu kimi çıxışlar həmin təşkilatların özünə ziyandır. Çünki Azərbaycan istənilən halda öz inkişafını davam etdirərəck: "Bu kimi çıxışlar Azərbaycan kimi regionda güclü, hərtərəfli iqtisadi əlaqələri olan və enerji ehtiyatları ilə zəngin olan bir dövlətin qlobal aləmdə nüfuzdan salmağa yönəliş davranışlardır. Bu cəhdlər sadəcə həmin təşkilatların təbii ki, özünə ziyan edir. Azərbaycan hazırkı siyasi xətti ilə inkişaf edir və inkişaf etməyə davam edəcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə