Elçin Mirzəbəyli: “Etiraz aksiyasının məqsədi göz qabağındadır, təxribat yaratmaq” - AÇIQLAMA
Radikal müxalifətin sabah keçirməyi nəzərdə tutduğu etiraz aksiyasında məqsədi sırf təxribat yaratmaqdır. SİA-ya açıqlamasında bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli İctimai Palatanın aprelin 2-ində etiraz aksiyası keçirmək istəyinə münasibət bildirərkən deyib.
BAXCP-nin sədr müavini hesab edir ki, aksiyanı keçirməkdə məqsəd hər hansı bir problemin müsbət həllinə nail olmaq deyil, qarışıqlıq yaratmaqdır. Aksiya istəyinin həm də özəl maraqlardan doğduğunu deyən E.Mirzəbəyli bildirib ki, burada xarici himayədarların sifarişləri də mühüm əhəmiyyət daşıyır. Vətəndaşların sərbəst toplaşmaq hüququnun qanunla müəyyənləşdiyini deyən partiya sədrinin müavini qeyd edib ki, bu hüquqdan istifadə edərkən ölkənin milli mənafeyinə ziyan vurulmamalıdır: "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun var. Lakin bu qanundan istifadə zamanı digər vətəndaşların hüquqları pozulmamalı, sabitliyə xələl gətirilməməlidir. Yenə deyirəm, məqsəd göz qabağındadır, təxribat yaratmaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB