Qazi adından siyasi məqsədlər üçün istifadə etmək doğrudurmu? DÜŞÜNCƏ...
Qazilik zirvəsini Allah hər kəsə bəxş etmir. Çünki bu elə bir zirvədir ki, heç nə ilə əvəzlənə bilməz. Bu, ən böyük addır və onu uca Rəbbimiz layiq olanlara verir. Bu gün ölkəmizdə kifayət qədər qazilərimiz var ki, onlar əllərini, ayaqlarını itirmələrinə rəğmən, hətta bu gün də düşmənlə üz-üzə gəlmək arzusu ilə alışıb-yanırlar. Halbuki, dövlət onların müalicəsindən tutmuş, digər tələbatlarına – sosial həyatlarının daha da yaxşılaşdırılmasına, mənzillərlə, avtobobillərlə, iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət ayırıb. Əlbəttə ki, hər bir qazi bu diqqətdən bəhrələnməklə yanaşı, eyni zamanda, daim Ali Baş Komandanının ətrafında əmrə müntəzir olduğunu vurğulayır. Yəni bu gün qazilərimiz Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası istiqamətində məktəblərdə, müxtəlif təhsil müəssisələrində, iş yerlərində bir sıra təbliğatlar aparır, ölkəmizin haqq səsini ucaldırlar.
Deputat adını qazilikdən üstün tutmaq niyyəti anlaşılan deyil!
Lakin təəssüflər olsun ki, elə qazilərimiz də var ki, onlar Allahın verdiyi bu adı siyasiləşdirərmək, sanki ondan sui-istifadə etmək üçün bəhanə axtarırlar. Bəs bu nə qədər doğru addımdır? Üstəlik, söhbətin qazi Kamil Musəvidən getdiyini diqqətə çatdırmaqla bərabər, barəsində bəzi faktları açıqlamaq da yerinə düşər...
Qeyd edək ki, bu gün özünü 2016-cı ilin Aprel müharibəsinin qazisi kimi tanıdan, ya da ətrafı tərəfindən tanıdılan K.Musəvi əslində həmin müharibədə iştirak etməyib. Bəlli olub ki, K.Musəvi 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrupunun komandiri vəzifəsində döyüş tapşırığını yerinə yetirərkən, minanın partlaması nəticəsində ayağını və gözünü itirib, qazilik şərbətini içib. Əlbəttə, hansı Azərbaycan əsgərinin, zabitinin hansı tarixdə yaralanması, qazi olması heç nəyi dəyişmir, sadəcə bu adın üzərində sonradan öz məqsədləri üçün sui-istifadə edib, məsələn, deputat olmaq arzusuna yiyələnmək istəyənləri anlamaq olmur. Necə ki, K.Musəvi indi qazi adını siyasiləşdirməklə məşğuldur, dövlət adından, qazilər adından müxtəlif çıxışlar edib əsl sui-istifadəçilik məqsədini göstərməkdədir.
Onlar K.Musəvidən fərqli olaraq, öz məqsədlərini, qazilik adını zorla vətəndaşlara sırımaq istəmirlər
Misal üçün, K.Musəvi artıq beş ildir ki, gözündəki tampon sarğısı ilə özü ətrafında cəmiyyətdə izafi təbliğat aparmaqla məşğuldur. Görəsən bunun səbəbi nədədir? Hansı ki, gözlərini itirən bir çox qazilərimiz də var ki, onlar implant göz bəbəklərindən istifadə etməklə, belə sarğılardan qurtulurlar. Dövlət də onların qayğısına daim qalır. Əslində səbəbi bəllidir – onlar K.Musəvidən fərqli olaraq, öz məqsədlərini, qazilik adını zorla vətəndaşlara sırımaq istəmirlər, bunu doğru addım kimi, hətta deyərdik ki, minnət kimi təqdim etmirlər!
Musəvi ilə bir yerdə olan Qarabağ qazisi Elşən Yusifov hansı həqiqəti deyib?
Təəssüflər olsun ki, K.Musəvi indi də qaziliyini siyasiləşdirib özünü xalqa “qazilərin qazisi” kimi sırımağa cəhdlər göstərir. Ona görə də, bu gün onu tanıyanlar bəzi etiraflarda bulunublar. Saytlardan birindən öyrəndik ki, demə K.Musəvi aktiv döyüş zamanı deyil, xüsusi əməliyyata keçid təşkil edərkən, öz səhvi üzündən minaya düşüb və yaralanıb. Bunu onunla bir yerdə olan Qarabağ qazisi Elşən Yusifov bildirib.
Ya da götürək digər qazilərimizi, məgər onlar özlərini K.Musəvi kimi zorla ictimai rəyə sırıyırlar? Ümumiyyətlə, biz belə halların şahidlərinə çevrilmişikmi? Hətta zaman-zaman redaksiyamıza dəvət etdiyimiz qazilər özlərini təkəbbürdən kənar aparır, bəzən qəhrəmanlıqları barədə danışmaqda təvazökarlıq edirlər. Yalnız torpaqlarımız uğrunda hər an şəhid olmağa hazır olduqlarını K.Musəvidən fərqli olaraq, səmimi, gerçəkdən billdirirlər.
Əslində qazilik adını siyasiləşdirmək, ondan sui-iistifadə etmək halları ilə bağlı açılan bu mövzu elə Qarabağda yaralanan digər qazilərimizi də narahat edir. Çünki belə bir addım yolverilməzdir, Vətən uğrunda döyüşən, yara alan, qazi olanlar digərlərinin haqqına girəməməli, onların qəhrəmanlıqlarını kiçiltməməlidirlər!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB