"Azərbaycan Türkiyəyə çox böyük töhvələr verir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Türkiyəyə çox böyük töhvələr verir" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə Azərbaycanla Türkiyənin necə yaxın dövlət olmalarını ən klassik formada Ümummilli Lider Heydər Əliyev elan edib. Türkiyədə və Azərbaycanda hər kəsin əzbər bildiyi bir cümlə var o da “Bir millət, iki dövlət” ifadəsidir". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

"Həqiqətən də ötən illərdə Azərbaycanla Türkiyə özlərini mənəvi, din, millət baxımından eyni dövlət kimi, həm də dövlətlərin siyasətlərinin uyğunlaşdırılması baxımından yaxın dövlətlər kimi aparıblar. Yəni biz mənəvi, din, iman, dünyagörüş, problemlər baxımından birik. Əslində hər bir dövlətin özünün maraqları və siyasi kursu olur. Məsələn dünyada bir neçə millətin bir neçə dövlətləri var. Amma Azərbaycanla Türkiyə qədər öz dövlət və millət siyasətini uyğunlaşdıran və yaxınlaşdıran ikinci bir şeyə rast gəlinmir. Ona görə cənab Prezident uzun müddət strategiyasına əsasən həmişə uğurlarla instensiv şəkildə görüşlər keçirir, danışıqlar aparır və Azərbaycanın əksər icra etdiyi layihələrin Türkiyə üzərindən qurulmasına çalışır. Azərbaycanla Türkiyə arasında münasibətlər təkcə şüarlarla, tezislərlə ifadə olunmur, həm də əməli addımlarla gerçəkləşdirilir. Bu baxımdan Azərbaycan Türkiyəyə çox böyük töhvələr verir"-deyə, MŞ-nın sədr müavini fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə