"Türkiyə və Rusiya prezidentləri görüşəcəklər" - Mövlud Çavuşoğlu

"Türkiyə və Rusiya prezidentləri görüşəcəklər" - Mövlud Çavuşoğlu

Suriyanın İdlib bölgəsində rejim qüvvələrin törətdiyi aktlar bütün dünya ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanır. SİA xəbər verir ki, Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bu sözləri İdlibdəki prosesləri jurnalistlərə şərh edərkən deyib.

O bildirib ki, Rusiya ilə mütəmadi olaraq bu məsələ ilə bağlı danışıqlar aparılır: "100 minlərlə insan öz evlərini tərk etmək məcburiyyətində qalırlar. Rusiyadan əsas gözləntimiz rejimi dayandırmasıdır. Ən son Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələni Rusiya prezidenti Putinlə də telefonda müzakirə edib. Bütün problemlər açıq-aşkar danışılıb. Bu məsələ ilə bağlı iki dövlətin prezidenti gələcəkdə araya gələcəklər. Məqsədimiz bu çatışmanın dayandırılmasıdır".

Çavuşoğlu qeyd edib ki, bu arenada Türkiyənin hədəfi Rusiya deyil: "Bizim əskərlərimizə hücum edən rejim silahlı qüvvələridir. Əlbətdə ki bizim də səbrimizin bir həddi var".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə