Elşad Mirbəşiroğlu: “Müxalifətin nəzərdə tutduğu aksiyalar iflasa məhkumdur ”- AÇIQLAMA
"Müxalifətin ötən aksiyasına nəzərə salsaq, oradakı mənzərə bu günkü gənclərin təhsil almaq və digər prioritet məsələlər, vacib məqamlarla məşğul olduqlarını göstərir. Bu gün küçəyə çıxıb hər hansı bir aksiyada iştirak etmək Azərbaycan gəncinin marağında deyil". Bu sözləri politoloq Elşad Mirbəşiroğlu SİA-ya verdiyi açıqlamasında deyib.
Aprelin 2-də müxalif qüvvələr tərəfindən planlaşdıran aksiyaya gəlincə politoloq keçirilməsi nəzərdə tutulan aksiyalarda məhz gənclərin istifadə olunmasının neqativ hal olduğunu bildirib. O hesab edir ki, gəncləri düzgün yola yönəltmək lazımdır: "Əgər mitinq keçirmək istəyənlər ölkənin rifahı haqqında düşünürlərsə, o zaman ölkə gəncini bu cür aksiyalara cəlb etməməlidirlər. Gənclər təhsil almaq və digər istiqamətlərdə ruhlandırılmalıdır. Gəncləri zorakılıq fəaliyyətlərinə, qanunsuz aksiyalara sövq etmək yolverilməzdir. Baş tutmayan mitinqə baxsaq, Azərbaycan gəncinin təsir altına düşmədiyini görürük. Bu günki gəncliyimiz hər şeyi götür- qoy etməyi bacarır. Gənclərin özü bu hala neqativ yanaşır".
Bu vəziyyətdə istisna hallarında olduğunu vurğulayan E. Mirbəşiroğlu söyləyib ki, biz həmin gəncləri maarifləndirməyə, həqiqətin, düz istiqamətin harada olduğunu göstərməyə çalışırıq: "Bu özünün bəhrəsini verməkdədir. Ona görə də hesab edirəm ki, müxalifətin nəzərdə tutduğu aksiyalar iflasa məhkumdur. Onlar bu hərəkətləri ilə heç nə əldə etməyəcəklər.
O ki qaldı bu aksiyaların qarşısının alınmasına icazəsiz aksiyaların qarşısı qanuna müvafiq şəkildə alınmalıdır. Ən əsası isə gənclər arasında maarifləndirmə, təbliğat işləri aparılmalıdır. Hüquq mühafizə orqanları öz işlərini görməklə yanaşı ideoloji təbliğat işlərini genişləndirməlidir. Gəncləri bəzi qüvvələrin pozuculuq çağırışlarına getməməyə inandırmaq lazımdır. Bu yolun yanlış olduğunu onlara aşılamaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB