Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Elmi Şurasının toplantısı keçirilib. SİA-nın xəbərinə görə, toplantıda "Yaponiya zəlzələsi. Azərbaycanın geodinamik problemləri" mövzusunda məruzələr dinlənilib. Tədbirdə çıxış edən Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Qədirov Yaponiyada baş verən zəlzələnin səbəbləri və nəticələri barədə məlumat verib. O bildirib ki, Yaponiyada baş verən zəlzələ dünyada baş verən 5 güclü zəlzələdən biridir. Onun sözlərinə görə, zəlzələlərin öyrənilməsində GPS stansiyaların çox böyük əhəmiyyəti var.
"Yaponiyada 1200-ə yaxın GPS stansiya var. Yaponlar 2000-2011-ci illərdə 162 zəlzələ üzərində tədqiqatlar aparıblar. Onlar zəlzələnin baş verəcəyi haqda məlumatları vardı, ancaq yeraltı təkanların nə zaman baş verəcəyindən xəbərsiz idilər", - deyə o əlavə edib.
Çıxışının davamında F.Qədirov Azərbaycan ərazisinin geodinamik şəraiti və problemlər barədə məlumat verib. O bildirib ki, Salyan rayonu ərazisindən Hacıqabula qədər torpaqda qırılma baş verib. Onun sözlərinə görə, bütün nəzəri tədqiqatlar göstərir ki, bu yarılma Abşerona tərəf hərəkət edə bilər və əsas qorxu da bundan ibarətdir.
Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov ölkədə sunami təhlükəsi barədə danışıb. O bildirib ki, Xəzərdə sunami təhlükəsi gözlənilmir, çünki sunaminin baş verməsi üçün ilk növbədə, geniş ərazi və bol su lazımdır. R.Məmmədovun sözlərinə görə, Xəzər dənizində indiyədək 3 dəfə qabarma hadisəsi baş verib. Qabarmalardan birincisi hələ X əsrdə, təqribən 950-ci illərdə Xəzər dənizinin Dağıstan hissəsində olub. Sonra isə 2 dəfə də belə hadisələr qeydə alınıb. Xəzər dənizində təbii proseslərə differensial yanaşılmalıdır".
Tədbirin davamında çıxış edən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli Yaponiyada baş verən zəlzələdən sonra Azərbaycanda gözlənilən təhlükələr və bunlara qarşı görüləcək işlər barədə məlumat verib.
Toplantının sonunda geoloji proseslərin öyrənilməsi, problemlərin həlli yolları, proqnozların hazırlanması üçün prezident yanında xüsusi komissiyanın yaradılması məqsədə uyğun hesab edilib və bu sahədə dövlət proqramının hazırlanması təklif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB