Rusiyalı kosmonavt Qaqarinin kosmosa ilk uçuşunun 50-ci ildönümü ilə əlaqədar Bakıya gələcək- ÖZƏL
Aprelin 5-də Bakı Slavyan Universitetində Y.A.Qaqarinin kosmosa ilk uçuşunun 50-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçiriləcək. Bu barədə SİA-ya "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondunun Azərbaycan Respublikasındakı filialının direktor müavini Vaqif Cavanşirov məlumat verib. Tədbirin fond tərəfindən təşkil edildiyini deyən V. Cavanşirov söyləyib ki, tədbirlər bağlı 4-6 aprel tarixdə Rusiyadan 6 nəfərdən ibarət kosmonavtlar heyəti Bakıda olacaqlar. Tədbirdə rusiyalı qonaqlarla yanaşı dövlət rəsmilərinin də iştirakı gözlənilir.
O vurğulayıb ki, Rusiyadan ölkəmizə gələn nümayəndə heyətin tərkibinə Rusiya qəhrəmanı, kosmonavt Maksim Viktoroviç Surayev, Rusiya Dövlət Dumasının deputatı, "Yedinaya Rossiya" partiyasının təmsilçisi Viktor Aleksandroviç Malaşenko, Rusiya Elmlər Akademiyasının nümayəndəsi Voronkov Yuriy İvanoviç, "ROSKOSMOS"-un əməkdaşı Boçkaryov Aleksandr Gennadyeviç, Rusiya Kosmik Tədqiqatlar İnstitutu İnkişaf Fondunun nümayəndəsi Koşel Andrey Anatolyeviç daxildir.
O qeyd edib ki, səfərin əsas məqsədi Azərbaycan ictimaiyyətinin diqqətini Rusiya ilə qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilməsinin zəruri olmasına, həmçinin elmi əhatəli sahələrdə dövlətin elmi-texniki və iqtisadi potensialının uğurla realizə edilməsinə cəlb etməkdir.
Direktor müavinin həmçinin bildirib ki, səfər çərçivəsində qonaqlar tədbirdə iştirak etməklə yanaşı Azərbaycanın tarixi yerlərini gəzəcək, paytaxtımızla yaxından tanış olacaqlar. Qonaqlar Azərbaycanın Milli Aerokosmik Agentliyini ziyarət edərək agentliyin fəaliyyətini yaxından izləyəməklə yanaşı orada çalışan mütəxəssislərlə tanış olacaq, fikir mübadiləsi aparacaqlar: "Hazırda agentliyin bir neçə nümayəndəsi tədbirlə bağlı Moskvada səfərdədilər. Nümayəndə heyətimiz səfər zamanı "Zvyozdnıy qorodok"da olacaq. Bundan əlavə nümayəndə heyətimiz Uçuşların idarə olunması mərkəzində kosmik gəminin uçuşunu seyr edəcəklər".
Qeyd edək ki, Bu barədə SİA-ya "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondu 2005-ci ilin mayında yaradılıb. Azərbaycandakı filialı isə 2008-ci ilin oktyabrında qeydiyyatdan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB