“Yaponiyada zəlzələdən sonra baş verən radiasiya təhlükəsi Azərbaycana gəlib çatmayacaq”-Mövqe

“Yaponiyada zəlzələdən sonra baş verən radiasiya təhlükəsi Azərbaycana gəlib çatmayacaq”-Mövqe
Azərbaycanın radiasiya fonunda heç bir dəyişiklik yoxdur. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Geologiya İnstitutunun geoloji mühitin qamma spektromiyası şöbəsinin müdiri Çingiz Əliyev məlumat verib. O bildirib ki, Yaponiyada zəlzələdən sonra baş verən radiasiya təhlükəsi Azərbaycana gəlib çatmayacaq. Onun sözlərinə görə, çatsa da bunun insan orqanizmi üçün təhlükəsi olmayacaq.

"Hazırda Bakıda radiasiya fonu 6-8, bəzi yerlərdə isə 12 mikrorentgenə çatır. Bu da radiasiya fonudur. Təhlükə həddi 25 mikrorentgendən başlayır. Amma Azərbaycanda hələ ki radiasiya fonu ən çoxu 12mikrorentgendir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə