Qurban Yetirmişli: “Bu ilin sonuna kimi “Şahdəniz”, “Ümid” və “Günəşli” yataqlarında dənizdibi seysmik stansiyalar quraşdırılacaq”
Bu ilin sonuna kimi Xəzərdə 3 dənizdibi seysmik stansiya quraşdırılacaq. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli məlumat verib. O bildirib ki, Xəzərdə quraşdırılacaq yeni seysmik stansiyalar bp-yə məxsus "Şahdəniz" yatağında, Azərbaycana məxsus "Ümid" və "Günəşli" yataqlarında təşkil olunacaq. Onun sözlərinə görə, bunlar keçmiş SSRİ ölkələrində quraşdırılan ilk dənizdibi seysmometr olacaq.
Hazırda Azərbaycanda 30 seysmik stansiyasının fəaliyyət göstərdiyini deyən Q.Yetirmişli cari ilin sonuna kimi quruda daha 5 stansiyanın quraşdırılacağını qeyd edib: "Xəzərdə 10 dənizdibi stansiyanın quraşdırılması nəzərdə tutulur. Cari il ərzində görüləcək işlər sayəsində 10-u dəniz dibində, 35-i isə quruda olmaqla Azərbaycanın seysmik monitorinq sistemi yaradılacaq. Biz bilirik ki, şəbəkə nə qədər sıx olsa, yerdaxili prosesləri izləmək bir o qədər asan olur. Azərbaycanda da dənizin dibində həyata keçiriləcək passiv seysmik monitorinq işləri Xəzərdəki karbohidrogen ehtiyatlarının məhsuldarlığını artırmağa kömək edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB